“Yığmamızın qapıçıları o səviyyədə deyil ki...”
20.04.2010 - 13:51
“Yığmamızın qapıçıları o səviyyədə deyil ki...”
Almaniya yığmasının sabiq qapıçısı Yens Lemann xələflərini ciddi tənqid edib. Apasport.az saytının məlumatına görə, “Ştutqart” klubunun 41 yaşlı futbolçusu Manuel Noyer və Rene Adlerin dünya çempionatının final mərhələsində Bundestimə kömək etmək iqtidarında olmadığını düşünür.

“Yığmamızın qapıçıları o səviyyədə deyil ki, dünya çempionatında oynasınlar. Noyer və Adler böyük potensiala malik qapıçılardır. Lakin hal-hazırda onların heç birinin stabilliyi yoxdur. Adler üçün mundialda oynamaq çox çətin olacaq. Çünki bu tam başqa bir səviyyədir. O, hələ özünü təsdiqləməlidir. Bundesliqada 3-4 il oynamaqla iş bitmir” – deyə Lemann bildirib.

Qeyd edək ki, Adler və Noyerin çıxış etdiyi Almaniya yığması dünya çempionatının seçmə mərhələsində olduğu kimi, qarşıdakı qitə birinciliyinin təsnifat mərhələsində də Azərbaycan milli komandasının rəqibidir.