“Neftçi”nin iki saytı birdən fəaliyyətə başladı
20.04.2010 - 14:23
Bakının “Neftçi” komandasının rəsmi saytı istifadəyə verilib. Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlunun apasport.az saytına verdiyi məlumata görə, www.neftchi.com və www.neftchi.az ünvanlarında yerləşən sayt bir ay ərzində test rejimində işləyəcək: “Həmin vaxt saytla bağlı bütün tamamlama işləri görüləcək. Hazırda sayt Azərbaycan dilində fəaliyyət göstərir, gələcəkdə saytın rus və ingilis dili variantları da işə salınacaq. Flaqmanın rəsmi saytında bir çox bölmələr, zəngin məlumatlar var. Saytımızda “Heydər Əliyev və Neftçi” və “Flaqmanın qızıl tarixi” bölmələri mövcuddur. Eyni zamanda, “Neftçi”nin rəhbərliyi, müxtəlif yaş qruplarından ibarət komandaları, strukturu, nizamnaməsi, inzibati heyəti, uğurları haqqında da saytda yazılar yerləşdirilib. Azarkeşlər, futbol ictimaiyyətinin üzvləri, eləcə də KİV nümayəndələri “Neftçi” ilə bağlı ən operativ xəbərləri məhz saytımız vasitəsilə əldə edə bilər”.
Əşrəfoğlu bildirib ki, tezliklə klubumuzun jurnalı da işıq üzü görəcək.
Əşrəfoğlu bildirib ki, tezliklə klubumuzun jurnalı da işıq üzü görəcək.
0
0