“Neftçi” “Partizan”la qarşılaşacaq
20.04.2010 - 14:41
"Neftçi"nin 17 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirin iştirakçısı olacaq. Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar” mayın 25-31-də İtaliyada keçiriləcək "Ciorciaria World Cup-4" turnirinə qatılacaq.
Yarışa hazırlığını davam etdirən paytaxt klubu MDB və Baltikyanı ölkələri turnirdə təmsil edəcək 2 komandadan biridir. Moldovanın "Zimbru” klubu da İtaliyadan təklif alanlar arasındadır. Budəfəki turniri izləyənlər arasında dünyanın ən güclü məşqçilərindən biri Joze Maurinyo və ulduz futbolçu Françesko Tottinin də olacağı gözlənilir. "Neftçi"nin nümayəndə heyətinə klubumuzun icraçı-direktoru Mübariz Xudiyev və Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu rəhbərlik edəcək.
Qeyd edək ki, beynəlxalq turnirdə İngiltərənin "Mançester Yunayted", "Arsenal", "Kristal Pelas", İtaliyanın "Roma", "Milan", "Yuventus", "Fiorentina", "Kyevo", "Bari", "Napoli", "Kalyari", Fransanın "Bastiya", Xorvatiyanın "Hayduk", Portuqaliyanın "Benfika", ABŞ-ın "Nyu-York Stars" kimi məşhur komandaları da iştirak edəcəklər. "Neftçi" "D" qrupunda İtaliyanın "Bari" və "Arpino", Serbiyanın "Partizan" klubları ilə oynayacaq.

0
0