“Berti Foqts bizə dedi ki...”
21.04.2010 - 14:19
“Berti Foqts bizə dedi ki...”
“Milli komandadan çoxdan dəvət gözləyirdim. Ancaq baş məşqçi məni çağırmırdı”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının seleksiya xarakterli toplanışında iştirak edən Elşən Məmmədov deyib.

Zaqatalanın “Simurq” klubunun kapitanı hazırlıq prosesində özünü yaxşı tərəfdən göstərəcəyinə çalışdığını bildirib: “Canla-başla məşqlərdə iştirak edirəm ki, özümü baş məşqçiyə göstərim, etimadını qazanım. Gələcəkdə qismət olarsa, yenidən kömək edərəm. Millinin birinci-ikinci heyəti olmur. Seleksiya-xarakterli təlim-məşq toplanışına çağırılmağım mənim üçün problem deyil. Dəvət olunsam, əsas yığmada də özümü göstərməyə hazıram”.

Məmmədov baş məşqçi Berti Foqtsla söhbət etdiyini də bildirib: “Foqts bizə dedi ki, hamının milli komandaya düşmək şansı var. Deyib ki, çalışın, özünüzü yaxşı tərəfdən göstərin. İnanıram ki, milli komandaya xeyrim dəyər, nəinki ziyanım”.