Topal transfer
21.04.2010 - 14:46
Topal transfer
Mehmet Topal “Qalatasaray” klubundan ayrıla bilər. Apasport.az saytının Türkiyə mətbuatına istinadən xəbərinə görə, futbolçu növbəti mövsümdən İspaniyanın “Valensiya” komandasının formasını geyinəcək.

Tərəflər arasında razılaşma əldə olunduğu bildirilsə də, müqavilənin müddəti ilə anlaşılmazlıq yaranıb. Belə ki, “Valensiya” Topala 4 illik müqavilə təklif edir. Futbolçu isə 5 il “yarasalar”ın heyətində oynamaq istəyir.

“Qalatasaray”la 2013-cü ilədək müqaviləsi olan Türkiyə yığmasının futbolçusunu transferi üçün “Valensiya” rəsmilərinin tezliklə danışığa başlayacağı və Topalı rənglərinə bağlayacağı qeyd olunur.

Qeyd edək ki, futbolçunun qiymətini 7 milyon avro qiymətləndirilir.