Araz Abdullayev uğursuzluğun səbəblərini açıqladı
21.04.2010 - 15:56
“Bakı” ilə oyuna daha həvəslə çıxacağıq. Çünki ötən tur qələbə qazanmışıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun futbolçusu Araz Abdullayev deyib.
Avropa çempionatının elit-raundunda çıxış edən U-19-un düşərgəsindən yeni qayıdan 18 yaşlı yarımmüdafiəçi klubun rəsmi internet saytına açıqlama verib. O, Türkiyədə keçirilən Avropa çempionatının elit-raundunda yığmamızın uğursuzluğa düçar olmasının səbəblərini açıqlayıb: “Rəqiblərimiz çox güclü idi. Bundan başqa, heyətdə itkilər olduğundan, tam gücümüzlə mübarizə apara bilmədik. Öz oyunumdan isə razı qalmadım”.
Abdullayev Unibank Premyer Liqasında növbəti oyuna hazır olduğunu söyləyib: “Türkiyədə çətin matçlara çıxmağımıza baxmayaraq, "Bakı" ilə qarşılaşmaya hazıram. Əlbəttə, derbidə forma geyinib-geyinməyəcəyim baş məşqçidən asılıdır”.

0
0