“Neftçi” çempionluğa iddialı deyil
21.04.2010 - 16:07
“Bakı” ilə oyunun hazırlığına dünəndən başlamışıq. U-19-un heyətində olan 4 futbolçumuz da artıq komandamıza qayıdıb. Onlar da hazırlıq prosesinə qoşulub, fərdi məşqlər edəcəklər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
Unibank Premyer Liqasının XXIX turunda “Bakı”ya qarşı keçiriləcək oyun barədə fikirlərini bildirən 40 yaşlı mütəxəssis şansları bərabər sayıb: “U-19-un heyətindəki futbolçularımız Türkiyədə 5-6 günə 3 matç keçiriblər. Bundan başqa, yol yorğunluğunu da nəzərə almaq lazımdır. Konkret ad çəkmək istəmirəm, ancaq həmin futbolçulardan 1-2-sinin adı "18-lik"də olacaq. Yəqin ki, onlar "Bakı" ilə görüşdə forma geyinə biləcəklər. Oyuna gəlincə, şansları 50-50-yə dəyərləndirirəm. Son vaxtlar yaxşı formada olan "Bakı" 3 oyundur uduzmur. Hiss olunur ki, rəqib komandanın düşərgəsində əhval-ruhiyyə yaxşıdır. "İnter" üzərində qələbədən sonra bizim avrokuboklara düşmək şanslarımız artıb, amma "Bakı" çempionluğa oynayır. Bununla belə, oyuna yalnız qələbə üçün çıxacağıq. Çalışacağıq ki, 3 xal sayəsində turnir cədvəlində mövqeyimizi daha da yaxşılaşdıraq”.

0
0