“Gərək Arif Əsədov şans versin ki, mən də özümü göstərim”
21.04.2010 - 16:15
“Berti Foqts çempionatın oyunlarını izləyir. Həm fiziki, həm də oyun praktikası sarıdan hazır olanları milli komandaya dəvət edir”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının müdafiəçisi Ruslan Əmircanov deyib.
Berti Foqtsun milli komandamızın baş məşqçi postunda debüt oyunlarında dəvət etdiyi Əmircanov bundan sonra iki ildir yığmaya dəvət almırdı. “Neftçi”də əsas heyətdə möhkəmlənə bilməyən futbolçu son iki görüşdə, xüsusilə “İnter”lə qarşılaşmada yaxşı oynadığını iddia edib: “Düzdür, “Neftçi”də o qədər də çox oyun keçirməmişəm. Ancaq məşqləri yüksək səviyyədə etdiyim üçün özümü hazır formada saxlayırdım. Şansımı gözləyirdim. Gərək baş məşqçimiz Arif Əsədov mənə şans versin ki, çıxım meydanda özümü göstərim. Fikrimcə, “İnter”lə görüşdə yaxşı oynadım. Berti Foqts da oyunumu görüb, məni milliyə dəvət etdi”.
Əmircanov sözlərinə görə, Foqts ondan hansı mövqedə rahat oynadığını soruşub: “Məndən soruşdu ki, hansı mövqedə oynamaq rahatdır - sağda ya solda? Mən də sağ cinahda oynamaq istədiyimi dedim. Ancaq məşqçinin öz fikri var. Hansı cinahda istəsə, çıxıb oynamağa hazıram. Əsas heyətə düşmək üçün mübarizə aparmaq lazımdır. Cinahımda çıxış edən oyunçular da mənim kimi futbolçulardır. Çalışacağam ki, özümü yaxşı tərəfdən göstərim”.

0
0