Tixon Şişov: “İnter”lə oyun çempionluq uğrunda olacaq
21.04.2010 - 16:45
“Son iki oyunda meydana çıxmamağım səhhətimdəki problemlə bağlıdır. Bu səbəbdən “Bakı” və “Qəbələ” ilə görüşlərdə adım heç “18-liy”ə də daxil edilmədi”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun futbolçusu Tixon Şişov deyib.
Lənkəran təmsilçisinin qış fasiləsində transfer etdiyi estoniyalı müdafiəçi əsas heyətdə möhkəmlənməyi bacardı. Ancaq səhhətindəki problemlər Tixonun Unibank Premyer Liqasının növbəti turunda “İnter”lə vacib oyunda iştirakını sual altına qoyub: “Xəstələndiyimdən yaşıl meydandan kənarda qalmışam. Deyəsən, özümü soyuğa vermişəm. “İnter”lə görüşdə meydana çıxmağım yaxşı olardı. Çox istərdim ki, həmin vacib oyunda komandama kömək edim. Ancaq oynayacağım dəqiq deyil. “İnter”lə görüşə kimi, tam formada olmaq üçün hər şey edəcəyəm”.
Şişov bildirib ki, qarşıdakı oyunun əhəmiyyətini yaxşı başa düşür: “Bizi növbəti turda prinsipial oyun gözləyir. “İnter” “altılıq”da bizə qalib gəldiyindən, mütləq əvəz çıxmalıyıq. Həm də oyun praktiki olaraq, çempionluq uğrunda olacaq. Ona görə də, qələbə qazanmaq çox vacibdir. Hər halda, buna nail olsaq, “İnter”i 4 xal qabaqlayacağıq. Bu, sona 3 tur qalmış böyük üstünlük olacaq. Düzdür, son vaxtlar çox yaxşı oynayan “Bakı”nı hesabdan silməməliyik. Ümumiyyətlə, rəqiblərimizi qiymətləndirməmək olmaz”.
Qeyd edək ki, ötən tur liderliyə yüksələn “Xəzər-Lənkəran” ən yaxın izləyiciləri olan “İnter”i 1, “Bakı”nı 2 xal qabaqlayır.

0
0