Vitali Borisov: Rəqib daha şanslıdır
21.04.2010 - 23:01
“Məncə, İspaniyanın “İntervyu” klubu bizimlə oyunun favoritidir. Şanslar 30-un 70-ə rəqibin xeyrinədir. Ancaq bu, meydana çıxmadan məğlub olmağımız anlamına gəlməməlidir. Biz sonadək mübarizə aparacağıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Araz” futzal klubunun hücumçusu Vitali Borisov deyib.
Azərbaycan yığmasının da aparıcı oyunçulardan olan Borisov son Avropa çempionatının final mərhələsində komandamızın uğurla çıxışında öz töhfəsini verib. Onun sözlərinə görə, rəhbərlik “Araz”ın UEFA kubokunun “Dördlər finalı”nda normal hazırlıq keçməsinə şərait yaradıb: “Bilirəm ki, Avropa çempionatındakı uğurlu çıxışdan sonra azarkeşlər bizdən yüksək nəticə gözləyirlər. Vətənə medalla dönməyə çalışacağıq. Ancaq onun əyarı barədə nəsə deyə bilərəm”.

0
0