Maşado dos Santos: “Araz” “Dördlər finalı”na tam hazırdır!
21.04.2010 - 17:13
“Komandamız “Dördlər finalı”na tam hazırdır. Əlbəttə, yarımfinalda çətin rəqiblə qarşılaşacağımız heç kimdə şübhə yaratmır. “İntervyu” UEFA kubokunun sonuncu qalibidir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Araz” klubunun futzalçısı Maşado dos Santos deyib.
UEFA kubokunun “Dördlər finalı”nda turnirin son qalibi olan İspaniyanın “İntervyu” klubu ilə görüşəcək Azərbaycan çempionunun futzalçısı iddialı danışıb. Braziliyalı güclü rəqibdən çəkinmədiklərini bildirib: “İntervyu”nun heyətində ulduz futzalçılar yer alıb. Bir sözlə, dünyanın ən yaxşı klublarından biri ilə qarşılaşacağıq. Buna baxmayaraq, hər kəs əmin ola bilər ki, biz meydana ancaq qələbə qazanmaq üçün çıxacağıq. Uşaqlar psixoloji cəhətdən “döyüş”ə hazırdırlar. Qələbə qazanmaq üçün şansımız yox deyil”.
Maşado şansları da dəyərləndirib: “Dördlər finalı”nda zəif rəqib yoxdur. Ona görə, iştirakçıların hamısının şansının olduğunu deyə bilərəm. Heç bir problemimiz – zədəli, cəzalı futzalçımız yoxdur. Uşaqlar var gücləri ilə oynayacaqlar. Əhval-ruhiyyəmiz də yüksək səviyyədədir”.

0
0