Rizvan Fərzəliyev: Onlar ağır olduqlarından, geri qayıtmaqda çətinlik çəkirlər
21.04.2010 - 23:08
“Rəqib güclü olsa belə, biz də zəif deyilik. “İntervyu”nun zəif cəhətlərindən istifadə etməyə çalışacağıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Araz” klubunun futzalçısı Rizvan Fərzəliyev deyib.
UEFA kubokunun son qalibi olan İspaniyanın “İntrevyu” klubu “Dördlər finalı”ında Azərbaycan çempionuna rəqib olub. Rizvan heyətində İspaniya və Braziliya yığmasının oyunçuları cəmləşdirən güclü rəqibi yenməyin yolunu göstərib: “Onlar hücuma çox çıxırlar və əksər oyunçuları ağır olduğundan geri qayıtmaqda çətinlik çəkirlər. Həm də fərdi mübarizələrdə biz daha sürətliyik. Hücum zamanı oyunçulardan birini aldatsaq, say üstünlüyü bizim tərəfə keçir. Bu da qol vurmağımıza şərait yaradır. İnşallah, Vətənə medalla dönərik”.

0
0