Yığmamızın futbolçusu Rusiyada poker etdi
22.04.2010 - 09:48
Yığmamızın futbolçusu Rusiyada poker etdi
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Soçidə təşkil olunan təlim-məşq toplanışında yoxlama oyunu keçirib. Apasport.az-ın AFFA-nın rəsmi istinadən verdiyi məlumata görə, Emil Cabbarovun baş məşqçisi olduğu yığmamız “Soçi” klubuna 15:3 hesabı ilə qalib gəlib. Elşad Quliyev bu oyunda poker, Hikmət Bağırov het-trik, Müslüm Hüseynovla Renat Sultanov dubl edib. Elvin Quliyev, İlqar Abdullayev, Namiq İsgəndərov və İlham Əzizzadə isə hərəyə bir qol vurub.