Dik Advokat Belçikanı bir-birinə vurub
22.04.2010 - 10:00
Azərbaycan milli komandasının Avro-2012-də rəqibi olan Belçika yığmasında qalmaqal yaranıb. Apasport.az saytının məlumatına görə, Belçika Krallığının Futbol İttifaqı (BKFA) yığma ilə müqaviləni vaxtından əvvəl pozan baş məşqçi Dik Advokatla bağlı FİFA və UEFA-ya şikayət edəcək.
Belçikalılar Rusiya yığmasının baş məşqçi postuna keçməyə hazırlaşan holland mütəxəssisi hədələməklə yanaşı, kompromisə gələcəklərinə hələ də ümid edir. Ancaq Rusiya Futbol İttifaqı yaranmış vəziyyətin müzakirəsində iştirak etməyəcək.
BKFİ-nin baş direktoru Jan-Mari Filipsin sözlərinə görə, Advokat onlarla əlaqəni bərpa etməsə, haqqında ciddi ölçü götürüləcək: “Qurumumuzun cümə gününə iclası planlaşdırılıb. Orada Advokatla əməkdaşlığın vaxtından əvvəl dayandırılması mövzusuna da toxunacağıq. Hələ ki holland məşqçi, yaxud onun nümayəndələri bizimlə əlaqəyə saxlamayıb. Bunun yaxın günlərdə baş verəcəyini gözləyirik”.
Qeyd edək ki, milli komandamız Belçika yığması ilə oyunlarını gələn il keçirəcək.

0
0