Zirvə döyüşü
22.04.2010 - 10:11
Zirvə döyüşü
Unibank Premyer Liqasının final mərhələsinin startında olduğu kimi, XXIX tura da cümə günü start veriləcək. Apasport.az saytının məlumatına görə, aprelin 27-də Azərbaycan kubokunda ilk yarımfinal oyunları keçiriləcəyindən, tur əvvələ çəkilib və bu dəfə bazar günü bütün komandalar istirahət edəcək.

Sözsüz ki, turun mərkəzi matçı Lənkəranda keçiriləcək. “Xəzər-Lənkəran” – “İnter” görüşünü mövsümün oyunu adlandırsaq, yanılmarıq. Turnir cədvəlində ilk iki pillənin sahiblərinin qarşılaşmasında çempionluğun taleyi böyük ölçüdə həll olunacaq. Xüsusilə, “Xəzər-Lənkəran” “İnter”i evdə yenə məğlub edərsə, qızıl medallara daha da yaxınlaşacaq. Nəticədə “İnter” hətta 2-ci pilləni də əldən verə bilər ki, bu da “Bakı” ilə xal fərqinin minimum olması ilə bağlıdır.

“Altılıq”da uğursuz çıxışı nəticəsində liderliyi əldən verən “bankirlər” yeganə qələbəni məhz “Xəzər-Lənkəran” üzərində qazanıb. Lənkəranlılar 1-ci pilləni “İnter”lə görüş öncəsi ələ keçirməklə, ilk növbədə psixoloji baxımdan böyük üstünlük qazanıb. Ağasəlim Mircavadovun yetirmələri bundan, rəqibin uğursuzluq zolağına düşməsi və ən əsası, doğma meydan amilindən maksimum yararlanmalıdır. Hər halda, “Xəzər-Lənkəran” azarkeşlərinin “İnter”lə həlledici görüşdə doğma komandaya necə dəstək verəcəyini təsəvvür etmək olar.

Çempionluq şansını artıran “Bakı” paytaxt derbisinin iştirakçısı olacaq. Ötən tur Ağdamdan 4:1 hesablı qələbə ilə qayıdan son ölkə çempionu “Neftçi”ni yenmək əzmindədir. Bu, cari mövsümdə “Bakı”ya nəsib olmayıb və istənilən halda, şəxsi göstəricilərdə həmşəhərlilərdən geri qalır. Ancaq əsas məsələ turnir cədvəlində rəqibini qabaqlamaqdır və “Bakı” qalib gəlməklə, istəyinə çatacaq. Xal itkisi komandanın titulunu qorumaq işini çətinləşdirəcək. “Neftçi” isə ötən tur “İnter”in məğlub edəndən sonra medallar, avrokuboklara uğrunda mübarizədə şansını saxlayıb.

Final mərhələsində ən aşağı göstəriciyə malik “Qarabağ”ı arzuolunmaz rəqiblə sınaq gözləyir. Hər halda, Ağdam təmsilçisi cari mövsümdə “Qəbələ”ni heç cür yenə bilmir. Buna son qoymaq üçün yaxşı fürsət ələ düşüb. “Qarabağ” “Bakı”dan ağır məğlubiyyət aldıqdan sonra ardıcıl ikinci ev oyununda mütləq azarkeşləri qarşısına bəraət qazanmalıdır. “Qarabağ”la “Qəbələ”nin Avropa arenasına çıxmaq yolunun yalnız çempionatdan keçməsi öz aralarındakı oyunda qələbənin əhəmiyyətini birə-beş artırır.

23 aprel

16:00. "Olimpik-Şüvəlan" - "Simurq"

Bakı. "Şəfa" stadionu
Cari çempionatdakı oyunlar – 0:3, 0:2, 4:2

16:00. "Turan" - "Standard"
Tovuz. Şəhər stadionu
Cari çempionatdakı oyunlar – 3:0, 1:1, 2:3

17:15. "Bakı" - "Neftçi"
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Cari çempionatdakı oyunlar – 0:2, 1:1, 0:1

18:00. "Xəzər-Lənkəran" - "İnter"
Lənkəran. Şəhər mərkəzi stadionu
Cari çempionatdakı oyunlar – 1:0, 1:1, 0:1

24 aprel

16:00. "Muğan" - "Karvan"

Salyan. Olimpiya İdman Kompleksinin stadionu
Cari çempionatdakı oyunlar – 1:0, 1:1, 0:0

17:00. "Qarabağ" - "Qəbələ"
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu
Cari çempionatdakı oyunlar – 0:0, 1:1 və 1:3

komandalar

o

q

h

m

t

x

1

"Xəzər-Lənkəran"

16

6

7

3

16-9

25

2

"İnter"

16

6

6

4

16-15

24

3

"Bakı"

16

6

5

5

17-13

23

4

"Qarabağ"

16

4

7

5

12-16

19

5

"Neftçi"

16

4

7

5

10-11

19

6

"Qəbələ"

16

3

6

7

15-22

15

7

"Olimpik-Şüvəlan"

16

8

4

4

24-15

28

8

"Simurq"

16

7

6

3

18-13

27

9

"Turan"

16

6

6

4

22-19

24

10

"Muğan"

16

5

6

5

10-10

21

11

"Standard"

16

5

3

8

16-21

18

12

"Karvan"

16

1

7

8

10-22

10


Bombardirlər: Anatoli Doroş (Olimpik-Şüvəlan) - 12; Adrean Neaqa (Neftçi) – 11