Hondurasın ən məşhur futbolçusu Azərbaycanla görüşdə oynamayacaq
22.04.2010 - 10:38
Honduras milli komandasının lideri David Suasonun Azərbaycanla yoldaşlıq görüşündə iştirakında ciddi problem yaranıb. Apasport.az saytının məlumatına görə, İtaliyanın “Cenoa” klubunun hücumçusu nəinki iyunun 2-də yığmamızla oyunu, ümumiyyətlə, DÇ-2010-u buraxa bilər.
Buna səbəb Davidin sağ budunda aldığı zədədir. Hondurasın ən tanınmış futbolçusunun zədəsi o qədər ciddidir ki, yığmada baş məşqçisi olan Reynaldo Rueda onun final mərhələsinin startına qədər hazır olacağına inanmır.
Qeyd edək ki, Honduras Azərbaycanla DÇ-2010-a son hazırlığını keçəcəyi Avstriyada görüşəcək.

0
0