“Çempionluq şansı hamıda var, amma kimdəsə çox, kimdəsə azdır”
22.04.2010 - 11:13
“Qarşıdakı oyun bizim üçün çox vacibdir. Komandamızı güclü rəqiblə çətin sınaq gözləyir. Çünki “İnter” çempionluq uğrunda mübarizədə əsas rəqibimizdir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun müdafiəçisi Elvin Beçiri deyib.
Albaniya yığmasının da üzvü olan təcrübəli futbolçu bildirib ki, Unibank Premyer Liqasının XXIX turunda “İnter”lə Lənkərandakı görüşə ciddi hazırlaşırlar: “Hər oyunda komandamın nəticə qazanması üçün bütün gücümü meydanda qoymağa çalışıram. Bəzən oyunun istədiyim kimi alınır, bəzən də yox. Hər halda, “İnter”lə qarşılaşmanın təkcə mənim yox, komandamız üçün uğurlu alınacağına ümid edirəm. Bizim üçün əsas qələbədir. İstədiyimiz 3 xalı qazansaq, çempionluq şansımız xeyli artacaq. Hər halda, “İnter”lə xal fərqini dördə çatdıracağıq və bu, böyük üstünlükdür”.
Beçirinin fikrincə, qələbə qazanmaları indidən çempionluğu təmin etmələrini deməyə əsas vermir: “İnter”i məğlub etsək belə, çempionluq haqda danışmaq hələ tezdir. Çünki bundan sonra qarşıda üç tur var. Ən yaxın izləyicilərimizdən “Bakı” inamlı çıxışı ilə çempionluq şansını artırıb. Ümumiyyətlə, “altılığ”ın bütün iştirakçılarının riyazi hesablamalarla çempionluq şansı var. Sadəcə, kimdəsə çox, kimdəsə azdır. Çox ciddi rəqiblərimiz var və çempionluq mübarizəsini sona kimi davam etdirəcəyik”.
Alban futbolçu rəqibin heyətində yaxşı futbolçuların olduğunu söyləyib: “Onlardan braziliyalı oyun qurucusu Leonardo Roşa, litvalı hücumçu Robertas Poşkusu qeyd edə bilərəm. Ümumiyyətlə, yaxşı futbolçuya qarşı oynamaq hər müdafiəçi üçün çətindir. Elə mənə də güclü rəqiblə mübarizədə asan olmayacaq. Ancaq inanıram ki, üzərimə düşən vəzifənin öhdəsindən gələcəyəm. Qələbə qazanmaq üçün ilk növbədə doğma meydan amilindən istifadə etməliyik. Evdə oynamağımız bizə əlavə üstünlük verir. Çox yaxşı azarkeşlərimiz var. Onlar bizə güclü dəstək verməklə, qələbə qazanmağımıza kömək edəcək. Tərəfdarlarımız qarşısında lazımı nəticə qazanmaqla, onları sevindirməyə çalışacağıq”.

0
0