“Qəbələ” bəyanat yaydı
22.04.2010 - 14:01
“Qəbələ” Futbol Klubu bəyanat yayıb. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, bəyanatda ölkə çempionatının oyunlarına təyinat alan hakimlərin qeyri-obyektiv idarəçiliyinə etiraz edilib: “Ölkə çempionatının ən gərgin və həlledici məqamında matçlar zamanı ədaləti qorumalı olan hakimlərin yenə qeyri obyektiv idarəçiliyi ilə ön plana çıxması bizdə böyük təəssüf hissi yaradır. Hakimlər artıq özlərini futbolda aparıcı söz adamları hesab edirlər. Hər hansı oyunun nəticəsi komandaların oyuna necə hazırlaşmasından yox, hakimlərin idarəçiliyindən və kimə simpatiya və ya qərəz bəsləyəcəyindən asılıdır. Əminliklə qeyd edirik ki, "Qəbələ" - "Xəzər-Lənkəran" matçında komandamızın məğlubiyyətinin səbəbi məhz hakim Rövşən Əhmədovun rəqibə simpatiya bəsləməsi oldu. Əhmədovun qeyri-obyektiv idarəçiliyi çempionatın gedişinə, medalların taleyinə birbaşa təsir etdi. Bu zaman klublarımızın həmrəylik göstərməməsi də, hakimlərin özbaşınalığına rəvac verir. Məğlub olduqları zaman haqsızlıqla üzləşdiklərini aləmə car çəkən, mətbuat səhifələrində futbolumuzdakı ədalətsizlikdən danışanlar, təəssüf ki, ədalətsiz qələbələr qazandıqda, hadisələri normal qarşılayır, müxtəlif mövzularla hakim ədalətsizliyini ört-basdır etməyə çalışırlar”.
Bildirilir ki, “Qəbələ” – “Xəzər-Lənkəran” matçının hakimi Rövşən Əhmədov görüşün ikinci hissəsində "Xəzər-Lənkəran"lı futbolçunun cərimə meydançasında əllə oynamasına göz yumub: “Bu amil komandamızın məğlub olmasında başlıca rol oynadı. Halbuki, stadionun demək olar bütün nöqtələrindən futbolçunun cərimə meydançasında əllə oynaması açıq-aşkar görünürdü, lakin Əhmədov qərəzini nümayiş etdirərək, futbolumuzda daha bir ədalətsiz nəticənin tarixə düşməsinə zəmin yaratdı. Görüşün hakim-inspektoru Əli Hüseynovun görüşdən dərhal sonra hakimin kobud səhv buraxdığını etiraf etməsinə, bizim hər hansı şəkildə etiraz bildirməyimizə ehtiyac olmadığını, öz qeydlərində hakimə layiq olduğu qiyməti verəcəyini söyləməsinə baxmayaraq, AFFA və PFL nümayəndələri önündə Rövşən Əhmədovu müdafiə etməsi onsuz da matçdan öncə də bəlli olduğu kimi, Əli Hüseynovun nəyə və kimə qulluq etməsini bir daha nümayiş etdirdi. Baş məşqçimiz Ramiz Məmmədov məhz Ə.Hüseynovun sözlərinə inanaraq, hakimliklə bağlı AFFA-nın çıxaracağı qərarı gözləyəcəyimizi bildirdi. Amma matçın nəticəsinə birbaşa təsir etməsinə baxmayaraq, hakim-inspektorun Rövşən Əhmədova oyunun idarəçiliyinə görə, 7.6 bal verməsi, ədaləti qorumalı olan AFFA nümayəndələrinin həmrəy olduğunun sübutudur”.
Klub rəhbərliyi hesab edir ki, futbolumuzda baş verən bu cür neqativ halların yaşanmasında Premyer Liqa oyunlarının yayım hüququna malik Azərbaycan Dövlət Teleradio Şirkətinin qeyri-qənaətbəxş fəaliyyəti də böyük rol oynayır: “Konkret olaraq, "Qəbələ" - "Xəzər-Lənkəran" oyununun nəticəsinə birbaşa təsir edən hakim səhvinin "İdman Azərbaycan" kanalının "Premyer Liqa" verilişində ümumiyyətlə, efirə verilməməsi, qurumun əməkdaşlarının kimlərinsə maraqlarına uyğun hərəkət etdiyinə işarədir. "Qəbələ" Futbol Klubu mövsüm ərzində öz oyunu, nəticələri və ədalətli mübarizə aparması ilə çempionata xüsusi rəng qatdı. Həmişə haqsızlığa qarşı çıxmağımızla mövsümün gərgin və maraqlı keçməsində xüsusi rol oynadıq, hamını mübarizəmizə qoşulmağa çağırdıq. Bu mübarizədə futbol ictimaiyyətindən lazımi dəstəyi almasaq da, əminliklə Hakimlər Komitəsinin və Hakim-İnspektor Komitəsinin diqqətinə çatdırırıq ki, komandamız matçlar zamanı nəticədən asılı olmayaraq, yalnız obyektiv hakim idarəçiliyinin tərəfdarı olacaq, ədalətsizliyə qarşı mübarizə aparacaq”.

0
0