“Muğan” üç legionerlə müqavilə bağladı
22.04.2010 - 14:19
“Muğan” üç legionerlə müqavilə bağladı
“Muğan” üç futbolçu ilə müqavilə bağlayıb. Bu barədə apasport.az saytına komandanın vitse-prezidenti Bəhruz Şirəliyevin məlumat verib. Onun sözlərinə görə, ötən yay transfer etdikləri qapıçı Edis Kurtanoviç, müdafiəçi Miloş Zeçeviç və yarımmüdafiəçi Ekrem Hoidziçlə yeni müqavilə imzalanıb.

“Hər üç bosniyalı legionerin çıxışından razıyıq. Onlar müqavilələri bitmək üzrədir və anlaşmaları yenilədik. Yeni müqavilələr bir illik nəzərdə tutulub. Mövsüm bitəndən sonra vidalaşacağımız futbolçuları təxminən müəyyənləşdirmişik. Ancaq qarşıdakı vacib oyunlar olduğundan onların adlarını açıqlamaq istəmirəm” – deyə Şirəliyev bildirib.

Vitse-prezident, vurğulayıb ki, komandadan gedənlər əsasən ehtiyatda qalanlar olacaq: “Elə oynayanlar da gedə bilər. Yerli futbolçularımızın bir çoxu ilə müqavilələr iki illikdir. Yəni, anlaşmalarının başa çatmasına hələ var. Müqavilələri bitənlərlə danışıb, məsələni həll edəcəyik”.