Almaniyalı məşqçidən “Qalatasaray”a ittiham
22.04.2010 - 14:32
Almaniyalı məşqçidən “Qalatasaray”a ittiham
Almaniyalı mütəxəssis Mixael Skibbe vaxtilə baş məşqçisi olduğu “Qalatasaray” rəhbərliyini tənqid atəşinə tutub. Apasport.az saytının “Bild” qəzetinə istinadən məlumatına görə, Skibbe onun üçün Türkiyədə yaradılan şəraitdən narazılıq edib.

O bildirib ki, “Qalatasaray”da işlədiyi vaxta çətinliklərlə üzləşib: “Mənə bazadan 12 km aralıda ev tutmuşdular. Bu Almaniyada qısa bir məsafə ola bilər. Lakin tıxacları ilə məşhur olan İstanbulda bu yolu qət etmək üçün saatlarla avtomobildə qalırsan”.

Xatırladaq ki, Mixael Skibbe ötən mövsüm “Qalatasaray”ın baş məşqçisi olub.