“Lənkərana nəsə etməyə gedirik”
22.04.2010 - 16:06
“Yaxşı oyun nümayiş etdirsək də, son zamanlar nəticə qazana bilmirik. Əsas məsələ uğursuzluqdan qurtarmaqdır”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun futbolçusu Asif Məmmədov deyib.
Həm "Standard", həm də "İnter"də gürcüstanlı baş məşqçi Kaxaber Sxadadzenin rəhbərliyi altında oynayan gənc hücumçu son vaxtlar mütəmadi meydana çıxır. Asif “Xəzər-Lənkəran”la sabahkı vacib səfər oyununda da komandasına kömək etmək istəyir: "Biz oyuna həmişə olduğu kimi, yaxşı hazırlaşmışıq. Premyer Liqanın liderinə qarşı, özü də Lənkəranda oynamaq çətindir. Amma biz Lənkərana nə isə etməyə gedirik. Baş məşqçi şans versə, üzərimə düşən vəzifəni yerinə yetirməyə çalışacağam".
Qeyd edək ki, Məmmədov iki ildir “İnter”in şərəfini qoruyur.

0
0