Adrean Neaqa “Neftçi” və “Bakı”nı müqayisə etdi
22.04.2010 - 16:23
“Bakı” ilə oyuna tam hazıram. Ümidvaram ki, sabah çempionatda növbəti qələbəni qazanacağıq”. Apasport.az saytının xəbərinə görə, bunu “Neftçi” klubunun hücumçusu Adrian Neaqa deyib.
“Neftçi” sabah Unibank Premyer Liqasının XXIX turunda Tofiq Bəhramov adına Respublika stadionunda "Bakı"nın qonağı olacaq. Neaqanın fikrincə, paytaxt derbisində məhz "ağ-qaralılar" üstündür: “Rəqib yaxşı dövrünü keçirir. Çünki axırıncı iki oyunda qələbə qazanıb. Lakin hər matç fərqli olur. İstənilən tur qələbə qazanmaq istəyirik. Məncə, "Neftçi" komanda şəklində "Bakı"dan güclüdür".
Hazırda 11 qolla bombardirlər siyahısında ikinci yerdə gedən rumıniyalı futbolçu üçün qol vurmaq bir o qədər də vacib deyil: "Başqa futbolçu fərqlənsə də olar, təki komandamız qalib gəlsin. "Bakı"nın qapısına qol vuracağıma söz vermirəm. Amma "Neftçi"nin qələbəsi üçün hər şey edəcəyəm".

0
0