Frank Riberini “məhv edən” 18 yaşlı gözəlçə - FOTOSESSİYA
22.04.2010 - 16:30
Frank Riberini “məhv edən” 18 yaşlı gözəlçə - FOTOSESSİYA
Fransa yığmasının futbolçuları ilə əlaqədə şübhəli bilinən fahişə Zahia Dehar polisə ifadə verib. Apasport.az saytının xəbərinə görə, 18 yaşlı gözəlçə Frank Riberi, Ben Arfa, Kərim Benzema və Sidney Qovu ilə cinsi əlaqədə olduğunu, əvəzində isə hər birindən 2 min funt aldığını söyləyib.

Dehar bildirib ki, futbolçulara 3 il həbs cəzası veriləcəyini eşidincə, şoka düşüb: “Bu bərədə eşidəndə nə edəcəyimi bilmədim. Bəyan edirəm ki, Frank Riberi, Ben Arfa, Kərim Benzema və Sidney Qovu həmişə mənimlə çox nəzakətlə davranıblar. İstər həyatda, istərsə də, yataqda onlardan ancaq hörmət görmüşəm”.

Tanınmış futbolçuları öz toruna salan Deharən hətta 18 yaşını Riberi ilə birlikdə qeyd etdiyi və ötən il onların bir neçə ay boyunca birgə yaşadıqları bildirilir.