Ağasəlim Mircavadov: Mən heç vaxt faizlə işləməmişəm - MÜSAHİBƏ
22.04.2010 - 17:47
“Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi
- Komandanız sabah “İnter” klubu ilə vacib görüşə çıxacaq. Bu qarşılaşmanı çempionluğun taleyi baxımından mövsümün oyunu adlandırmaq olarmı?
- Yox, mən belə deməzdim. Sonuncu oyun olsaydı, sizinlə razılaşardım. Ancaq “İnter”dən sonra hələ üç oyunumuz var. Hər şey dəyişə bilər. 2 və 3-cü yerdə qərarlaşan klublarla xal fərqi böyük olsaydı, bu başqa məsələ. Onda “Xəzər-Lənkəran” – “İnter” görüşünə mövsümün oyunu demək olardı. Belə deyək də, sabah vacib oyunlardan biri olacaq.
- Onu da nəzərə alaq ki, qələbə qazansanız “İnter”lə arada 4 xallıq fərq yaranacaq. Bu isə sona 3 tur qalmış böyük fərqdir, çempionluq yolunda rəqiblərinizin biri böyük ölçüdə sıradan çıxır. Məgər bu, üstünlük deyil?
- Qələbə üçün 2 xal verilsəydi, sizinlə razı idim. Ancaq 3 xallıq sistemlə hər oyuna böyük önəm verirəm. Bir var 2 oyuna 4, biri də var 6 xal. Görürsünüz, fərq nə qədər böyükdür. Əlbəttə, qələbə çempionluğa çox böyük şans verəcək. Bu, məlumdur. Allahın köməyi ilə istəyimizə çatarıq. Görək də, sağlıq olsun.
- Qələbə qazansanız, çempionluğu neçə faiz təmin etmiş olacaqsınız?
- Mən heç yerdə faizlə işləməmişəm. Heç faizlə maraqlanmıram. Futbolçularla söhbət etmişik. Hər görüşə axırıncı oyun kimi çıxırlar. Bu, gözəl fikirdir. Deməzdim ki, “İnter” zəif rəqibdir. Əksinə, güclüdür, yaxşı futbolçulara malikdir. Ona görə də, oyun çox gərgin olacaq.
- Bəs bu oyuna hazırlığın gedişi sizi nə dərəcədə razı salır?
- Neçə planla tutmuşuq, elə də çalışırıq. Heç bir dəyişiklik yoxdur. Gündə iki dəfə məşq edirik. Hər oyuna neçə hazırlaşırıqsa, “İnter”ə də elə.
- “İnter” “altılıq”da cəmi bir qələbə qazanıb, onu da “Xəzər-Lənkəran” üzərində. Bu komandanın digər oyunlarda itirdiyi xallar “Xəzər-Lənkəran”ın liderliyə yüksəlməsinə səbəb oldu. Reallığı nəzərə alsaq, rəqibin bu uğursuzluq zolağına düşməsi sizə əlavə üstünlük verməlidir...
- Sizinlə razıyam. Ancaq qısaca onu deyim ki, Azərbaycanda “Xəzər-Lənkəran”a qarşı orta oyun göstərilməsini heç vaxt görməmişəm. Elə komanda var ki, başqasına ortabab, ancaq bizə qarşı həddən artıq güclü oynayır. Əslində, bu məni sevindirir. Deməli, bizi sayırlar, hörmət edirlər. Ona görə də ciddi hazırlaşıb, yaxşı oynayırlar. İkincisi, Lənkərandakı stadionda ab-havanı özünüz yaxşı bilirsiniz. Bütün komandalar belə meydanda bizə qarşı var-gücləri ilə oynayırlar. Budur, əsas məsələ. Mən bunda qeyri-adi bir şey görmürəm. İşimizin mahiyyətini bilir və hər oyuna mükəmməl hazırlaşırıq. Mən bunu bir ilə yaxındır futbolçularımıza deyirəm. Bizdə həftədə bir dəfə taktika ilə bağlı söhbət olur və yaddan çıxmaması üçün bunu həmişə təkrar edirəm.
- Yəqin ki, rəqibin son oyunlarını ciddi təhlil etmisiniz. “İnter”in üstün və zəif cəhətləri ilə bağlı nə deyə bilərsiniz?
- Gərək hər komponentdə “İnter”dən üstün olaq ki, sonda qələbə qazanaq. Yəni, topla işləməkdə, hərəkətdə, cinahlarda, pressinq etməkdə. Futbolda hər komandanın öz oyun üslubu var. Biz də “İnter”in oyun üslubunu bilirik. Bu komanda ilə cari mövsümdə 4-cü dəfə oynayacağıq. Deyim ki, Azərbaycanda bütün klublar bir-birini yaxşı tanıyırlar. Mən də “İnter”i yaxşı tanıyıram.
- Ötən tur “Neftçi” “İnter”i məğlub etməklə, komandanızın ilk pilləyə yüksəlməsinə imkan yaratdı. İndi “Neftçi” digər əsas rəqibiniz “Bakı” ilə görüşəcək. Bəs bu dəfə hansı nəticəni gözləyirsiniz?
- Burda söhbət köməkdən getmir. Hər klub özü üçün oynayır, qazandığı nəticə ilə turnir cədvəlində vəziyyətini yaxşılaşdırır. Avroliqaya düşmək şansını artırır, qurtardı getdi. Burda başqa bir söhbət də ola bilməz. Vallah, mənim yalnız maraqlandığım öz komandam və sabahkı oyunumuzdur.
- Sabahkı görüş AFFA-nın İntizam Komitəsinin haqqınızda çıxardığı 4 oyunluq cəza müddətinin başa çatması ilə yadda qalacaq. Yəqin ki, “texniki zona” üçün çox darıxmısınız...
- (gülür) Həyatdır da. Belə alındı.
- Məşqçilik karyeranızda ilk dəfə komandanızın oyunlarını kənarda izləməli oldunuz. Bu, sizə nə verdi? Belə vəziyyətdə özünüzü necə hiss etdiniz?
- Bu, mənə dərs oldu. Məşqçi üçün oyuna kənarda baxmaq çox ağırdır. Daxildəki nəbzi hiss etmirsən.

0
0