Nə şiş yansın, nə kabab...
22.04.2010 - 16:54
Aprelin 27-də Azərbaycan çempionatının formatı yenidən dəyişdiriləcək. Hər halda, həmin gün AFFA İcraiyyə Komitəsinin (İK) iclası keçiriləcək və toplantının gündəliyində ilk məsələnin Unibank Premyer Liqasının yeni formatının müzakirəsinin olması növbəti dəyişikliyin qaçılmazlığından xəbər verir. Onsuz da cari mövsümdə tətbiq olunan “altılıq” sistemi xeyli vaxtdır böyük müzakirələrə səbəb olub və buna qarşı çıxanlar daha çoxdur. Hazırda bu formatla oyunlar nə qədər maraqlı keçsə belə, dəyişiklik labüddür. Çünki ikinci “altılıq” birincinin kölgəsində qalıb və yeni formatın tətbiqi qaçılmazdır.
Hələ ötən ayın əvvəllərində İK və AFFA-nın Konfransı zamanı 10 komandadan ibarət 4 dövrəli sistem haqda daha çox danışılırdı. Bu, ilk baxışdan optimal variantdır və çox güman qəbul olunacaq. Hər halda, belə sistemdə ölkə kubokunu da nəzərə alsaq, bir mövsümə 40-dan çox oyun düşür. Klublarımız da həmişə oyunların azlığından gileylənir ki, bu baxımdan onlar üçün göydəndüşmədir. Üstəlik, qüvvələr nisbətində böyük fərqin olmamağı mübarizəni daha da gərginləşdirir. Ancaq bunu gələn yox, o biri mövsüm tətbiq etmək idman prinsipləri baxımdan daha ədalətli olardı. Axı Premyer Liqaya çıxmaq uğrunda gərgin mübarizə aparan I divizion klublarına mövsümün bitməsinə bir aydan da az qalmış “sizlərdən heç kim güclülər dəstəsinə çıxmayacaq” demək, ən azı ədalətsizlikdir. Hətta I divizionun qalibi üçün nəzərdə tutulan 100 min manat mükafat verilsə belə...
10 komandadan ibarət 4 dövrəli sistemin problemi bununla bitmir. Məsələ ondadır ki, bu formatda Unibank Premyer Liqasında son iki yeri tutanlar avtomatik I diviziona düşməlidir. İndi buna əsas namizəd Sumqayıtın “Standard” və Yevlaxın “Karvan” klubudur. Sonuncu böyük ölçüdə Premyer Liqada yerini itirib. Vaxtilə çempionatımızda “at oynadan”, ilk iki mövsümdəcə medal qazanan, çempionluğun bir addımlığında büdrəyən və ən nəhayət, UEFA-da mərhələ keçən ilk klubumuz olan “Karvan”ın kənarda qalması futbolumuz üçün böyük itkidir. Yaxşı infrastrukturu olan bu komandanın I diviziona düşməsindən sonra orada oynayacağına zəmanət vermək olmaz. Axı ötən yay “Karvan”ın hətta Premyer Liqada çıxış edəcəyi böyük sual altında idi. Komanda mövsümə az qalmış yığıldı və indi də bunun acısını çəkir. Belə olan halda, rəhbərliyin aşağı liqada komanda saxlayacağına necə zəmanət verəsən?
Sumqayıt isə “Gənclərbirliyi” dağılandan sonra iki ildir futbolsuz qalmışdı. “Standard”ın Bakıdan Sumqayıta köçürmək də orada futbolun dirçəlməsinə hesablanmış addım idi. İndi deyirsiniz, bundan cəmi bir il sonra “gənclik şəhəri” yenidən güclülər dəstəsində təmsilçisini itirsin? Bu da Sumqayıta növbə zərbədir və deməli, Yevlax kimi “gənclik şəhəri”nin də elitada təmsil olunması çoxlarına sərfəlidir. I diviziona düşməyə namizəd “Turan”la (Tovuz) “Muğan”ın (Salyan) qalması isə Premyer Liqada daha çox regionun təmsil olunması siyasətinə uyğun gəlir.
14 komandadan ibarət 2 dövrəli sistemdə belə problemlər yaranmır. Yəni, Premyer Liqanın 12 iştirakçısının hamısı yeni mövsümdə də mübarizəni davam etdirəcək və bura I diviziondan ilk iki yeri tutanlar əlavə olunacaq. Onsuz da reqlamentə görə, aşağı diviziondan məhz bu sayda iştirakçıya güclülər dəstəsinə çıxmaq hüququ verilir. Ən əsası, buna əsas namizəd “Gəncə” elitaya qayıdır. Azərbaycanda futbolundan öz yeri olan şəhərlərdən biri 4 illik fasilədən sonra yüksək liqaya qayıdır. Gəncə təmsilçisinə sponsor tapan AFFA rəhbərliyi də bu komandanın əvvəlki əzəmətini qaytarmasında maraqlıdır. Göründüyü kimi, belədə heç kimin hüquqları tapdalanmır və ən əsası, I divizion təmsilçilərinin zəhməti hədər getmir. Necə deyərlər, elə etmək lazımdır ki, nə şiş yansın, nə kabab...
Düzdür, 26 turluq mübarizədə oyun sayı elə də çox olmur və hər halda, indikindən az olacaq. Ancaq tarixə nəzər salsaq, “altılıq” praktikası həmişə yaxşı effekt verməyib və elə növbəti mövsümdəcə dəyişdirilib. Deməli, tarix təkrarlanır və artıq bu dəfə formatın ciddi müzakirə edib, əvvəlki səhvləri buraxmamalıyıq.
Mehman SÜLEYMANOV

0
0