“Kiminsə adını çəksəm, Berti Foqtsun işinə qarışmış olaram”
22.04.2010 - 17:05
“Ağlıma belə gətirməzdim ki, mövsümü sonuncu sıralarda başa vuracağıq. Uduza-uduza gedirik”. Bu sözləri apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov deyib.
Unibank Premyer Liqasının tərk etmək təhlükəsi ilə üzə-üzə qalan Aran təmsilçisi şənbə günü doğma meydanda “Muğan”ı qəbul edəcək. Hüseynov komandasının son pillədə qərarlaşmasını bəxt amili ilə əlaqələndirir: “Sözün açığı, mövsümü belə bədbin başa vuracağımızı gözləmirdim. Komandamın gücünə bələdəm. Nəyə qadir olduğunu bilirəm. “Karvan”ın mövcud gücünə əsasən deyə bilərəm ki, mövsümü ən pis halda 6-cı pillədə başa vura bilərdik. Ancaq bəxt amili və hakimlərin bəzi oyunlarda yanlış qərarlar qəbul etməsi sonuncu sırada qərarlaşmasına səbəb olub”.
Hüseynov milli komandanın baş məşqçisi Berti Foqtsun seleksiya xarakterli təlim-məşq toplanışına da münasibət bildirərək, bunu normal qəbul etdiyini deyib: “Burda qeyri-adı bir şey yoxdur. Futbolçu üçün məşq etmək lazımdır. Millidə və ya öz komandasında bunun elə bir əhəmiyyəti yoxdur. Berti Foqts hansı futbolçuların millidə oynamağa layiq olduğunu müəyyən etmək üçün belə bir addım adım. Bunu da normal qəbul etmək lazımdır. Məncə, bu cür məşqlərin ancaq müsbət təsiri ola bilər”.
Baş məşqçi “Karvan”dan daha hansı futbolçunun millinin seleksiya xarakterli təlim-məşq toplanışında iştirak etməyə layiqdir” sualına cavab verməkdən boyun qaçırdı: “Bu haqda heç nə deyə bilmərəm. Əgər kiminsə adını çəksəm, Berti Foqtsun işinə qarışmış olaram. O öz taktikasına və oyun üslubuna uyğun futbolçuları dəvət edib”.

0
0