Paulius Qribauskas da “Bakı”ya meydan oxudu
22.04.2010 - 18:03
Paulius Qribauskas da “Bakı”ya meydan oxudu
"Hər oyunda qalib gəlmək, maksimum xal əldə etmək lazımdır. Komandamızda yüksək əhval-ruhiyyə hökm sürür. Özü də növbəti oyunumuz Bakıda olacağından, bunu səfər hesab etmək olmaz". Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “Neftçi” klubunun qapıçısı Paulius Qribauskas deyib.

Litva yığmasının da üzvü olan futbolçu Unibank Premyer Liqasının XXIX turunda sabah qonağı olacaqları “Bakı” klubunun güclü heyətə malik olduğunu bildirib: "Bakı"nın heyətində kimisə fərqləndirmək istəmirəm. Onlar "Xəzər-Lənkəran" və "Qarabağ"ı məğlub ediblər, komanda şəklində yaxşı təsir bağışlayırlar. Bütün bunlara baxmayaraq, qələbə üçün meydana çıxacağıq".

Qeyd edək ki, "Bakı" - "Neftçi" oyununa saat 17:15-də Tofiq Bəhramov adına Respublika stadionunda start veriləcək.