“Benfika”nın baş məşqçisi: Azərbaycan çempionu kuboku qazansa...
23.04.2010 - 00:22
“Benfika”nın baş məşqçisi: Azərbaycan çempionu kuboku qazansa...
“Bizim üçün ən yaxşı rəqib “Luparense”dir”. Apasport.az saytının xəbərinə görə, bu sözlər Portuqaliyanın “Benfika” klubunun baş məşqçisi Andre Limaya məxsusdur.

Lima UEFA kubokunun “Dördlər finalı”nın startından öncə təşkil olunan mətbuat konfransında turnirlə bağlı öz fikirlərini bildirib. Onun sözlərinə görə, İspaniyanın “İntervyu” klubu çox güclü komandadır: “Araz”ı isə yaxşı tanımırıq. Yeri gəlmişkən, “Araz”a heç kim favorit kimi baxmır, amma bu komanda kuboku qazansa, bu, böyük hadisə olacaq”.