Futbolun yaradıcıları qola həsrət qaldı
23.04.2010 - 09:45
Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, qarşılaşmalarda aşağı məhsuldarlıq qeydə alınıb.
Belə ki, iki matçda qapılara cəmi bir qol vurulub. İngilislərin avropalılarla duellərində futbolun yaradıcıları qol vura bilməyib. Səfərdə oynayan britaniyalılar İspaniyadan məğlub, Almaniyadan isə “sülh”lə qayıdıb.
Günün yeganə qolu daha çox maraq kəsb edən Madriddəki görüşdə vurulub. “Atletiko” vurduğu erkən qolla “Liverpul”a minimal hesabla qalib gəlib. Cari mövsüm sensasiyaları sıralamaqla yarımfinala yüksələn “Fulhem” isə final oyununun keçiriləcəyi “Nordbank Arena”dan qolsuz heç-heçə ilə ayrılıb. Cavab oyunu ərəfəsində “Hambuq”la müqayisədə daha şanslı olan londonlular həlledici oyun üçün yenidən Almaniyaya yollanmaq fikrindədirlər.
Qeyd edək ki, Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunları aprelin 29-da keçiriləcək.
Avropa Liqası
1/2 final, ilk oyunlar
“Atletiko” (İspaniya) – “Liverpul” (İngiltərə) – 1:0
Forlan, 9
“Hamburq” (Almaniya) – “Fulhem” (İngiltərə) 0:0

0
0