“Birlik kuboku” Qazaxıstanda keçirilə bilər
23.04.2010 - 09:51
“MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” Qazaxıstanda keçirilə bilər. Apasport.az saytının məlumatına görə, bu ölkə turniri keçirməkdə maraqlı olduğunu bildirib.
18 illik turnirin daimi təşkilatçısı olan ruslar bununla bağlı Qazaxıstandan təklif alıb. Rusiya Futbol İttifaqının Yarışların Keçirilməsi Departamentinin direktoru Sergey Kulikovun sözlərinə görə, bu il belə təklif yalnız qazaxlardan gəlib: “Qazaxıstanın paytaxtı Astanada bir neçə meydançası olan gözəl, qapalı futbol stadionu tikilib. Ancaq biz ümid edirik ki, turnir bundan sonra da Moskvada keçiriləcək”.
Qeyd edək ki, 2006-cı ildə “Neftçi”, iki il sonra “Xəzər-Lənkəran” “Birlik kuboku”nun qalibi olub.

0
0