Mahir Şükürovun komandası “Lujniki” stadionuna buraxılmadı
27.04.2010 - 09:34
Həmyerlimiz Mahir Şükürovun şərəfini qoruduğu “Anji” klubunun Moskvanın “Spartak” komandası ilə səfər oyununun keçirilmə yeri dəyişdirilib. Apasport.az saytının məlumatına görə, Mahaçqala təmsilçisi Premyer Liqanın IX turu çərçivəsində mayın 6-da Rusiya paytaxtındakı görüşünü “Lujniki”də deyil, “Lokomotiv” klubunun Çerkizovodakı stadionunda keçirəcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Yeri gəlmişkən, “Anji”nin XI turda “Zenit”lə səfər oyununun vaxtı dəyişdirilib. Sankt-Peterburq təmsilçisi ölkə kubokunun finalına çıxdığından, görüşün tarixi hər iki klubun razılığı ilə iyulun 4-ə keçirilib.

0
0