Serbiya mətbuatı “Bakı”dan danışır
27.04.2010 - 09:51
Serbiya mətbuatı “Bakı”dan danışır
Serbiya mətbuatı “Bakı”nın 17 yaşlılardan ibarət komandasının oyununu dəyərləndirib. Apasport.az saytının məlumatına görə, Astanada keçirilən beynəlxalq turnirin ilk turunda təmsilçimizi 10:0 hesabı ilə məğlub edən Serbiya yığmasının bu uğuruna həmkarlarımız da biganə qalmayıblar.

Qazaxıstanda ezam olunan serb jurnalistlər nəticəni səviyyə fərqi ilə izah ediblər: “Yığmamız “Bakı” üzərində inamlı qələbə qazandı. Səviyyə fərqi nə qədər böyük olsa da, Milovan Coriçin yetirmələri az güc sərf etmədi. Matçın 20-ci dəqiqəsinədək rəqibin müqavimətini qıra bilməyən komandamız xeyli əziyyət çəkdi. Lakin Radakoviçin hesabı açmasından sonra toplar “Bakı”nın qapısına uçmağa başladı. Vurulan 10 qoldan başqa, daha çox yüz faizli imkanlar da oldu. Çox güman ki, qapıçımız Nikola Stoşiçdən başqa bütün oyunçular ya qol vurdu, ya da bunun üçün real imkan qazandı”.

Qeyd edək ki, “Bakı”nın qapısına vurulan 10 qola Serbiya yığmasının 6 futbolçusu imza atıb. Onlardan ikisi het-trikə imza atıb, 4-ü isə 1 dəfə fərqlənib.