Sərvət Çətin “Beşiktaş”a keçməyə razılıq verdi
27.04.2010 - 10:32
Sərvət Çətin “Beşiktaş”a keçməyə razılıq verdi
“Qalatasaray”dan ayrılmaq üzrə olan Sərvət Çətinin gedəcəyi klub müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Türkiyə yığmasının da üzvü olan təcrübəli müdafiəçi “Cim Bom”un əzəli rəqibi “Beşiktaş”a keçməyə qərar verib.

Baş məşqçi Frank Raykaardın yeni mövsümdə komandada görmək istəmədiyi Sərvətin adı Avropanın bir sıra klubları ətrafında hallanırdı. Ancaq yeni mövsümdə heyətini, o cümlədən müdafiəsini gücləndirmək istəyən “Beşiktaş” bu məqsədlə Çətini transfer etməkdə israrlıdır. Ancaq ən böyük çətinlik futbolçunun “Qalatasaray”la 2013-cü ilədək müqaviləsinin olmasıdır. “Beşiktaş” rəhbərliyi bununla əlaqədar həmşəhərliləri ilə danışıqlara başlayacaq. Ortaq məxrəcə gəlmək mümkün olmasa belə, Sərvət “Beşiktaş”da oynayacaq. Belə ki, digər variant müdafiəçinin icarəyə götürülməsidir. Futbolçu özü də “qara qartallar”ın formasını geyinməyə razıdır.