Millimizin sabiq oyunçusu Braziliyada yenə qol vurdu - FOTO
27.04.2010 - 10:41
Azərbaycan yığmasının sabiq futbolçusu Leandro Qomeş Braziliyanın “Sampayo Korrea” klubunda qol hesabını açıb. Apasport.az saytının məlumatına görə, 34 yaşlı hücumçu İttifaq kubokunun ikinci turunda fərqlənib.
Qomeşin komandası öz meydanında “Nasyonal” klubunu qəbul edib ki, 3:0 hesablı qələbədə onun da əməyi olub. Sonradan oyuna daxil olan Leandro matçın 80-ci dəqiqəsində komandasının üçüncü qolunu vurub.
Qeyd edək ki, Azərbaycanda “Bakı”, “Olimpik” və “Karvan”ın şərəfini qorumuş Qomeş “Sampayo Korrea”ya digər Braziliya klubu “Amerikano”dan transfer olunub.

0
0