Robert Enke haqda film çəkiləcək
27.04.2010 - 11:37
Almaniya milli komandasının sabiq qapıçısı Robert Enke haqda film çəkiləcək. Apasport.az saytının məlumatına görə, almaniyalı rejissor Niko Hofmann mərhum qapıçının faciəvi həyatını lentə almaq istəyinə düşüb.
Müəmmalı şəkildə özünü öldürən Robert haqda film çəkmək istəyən rejissor mərhumun dul qalan həyat yoldaşı Tereza ilə birlikdə çalışmaq istəyir: “Terezanın ərinin ölümündən sonra onun depressiyaya düşməsi haqda danışdıqları məni heyrətləndirdi. Filmin çəkilişləri zamanı onunla birgə işləmək ən yaxşı variant olardı”.
Lakin Enkelər ailəsinin meneceri Yorq Neblunq çəkilişlərlə bağlı danışıqların aparılmadığını bildirib. Onun sözlərinə görə, nə Tereza, nə də ailənin digər üzvləri məsələ ilə bağlı rejissorla müzakirə aparıb.
Qeyd edək ki, “Hannover”də çıxış edən Enke Bundestimin əsas qapıçısı sayılırdı. O, Almaniya millisinin ötən ilin avqustunda yığmamızla Bakıdakı oyununda da 90 dəqiqə meydanda olmuşdu.

0
0