Samir Əliyev “Xəzər-Lənkəran”la oyunu buraxa bilər
27.04.2010 - 11:59
Bakının “Neftçi” klubunun hücumçusu Samir Əliyev “Xəzər-Lənkəran”la oyun öncəsi problemlə üzləşib. Apasport.az-ın “Neftçi”nin rəsmi saytına istinadən verdiyi məlumata görə, 31 yaşlı futbolçu köhnə zədəsini təzələyib. Bu səbəbdən Samirin keçmiş komandası ilə mayın 1-də Unibank Premyer Liqasının XXX turunda ev oyununda meydana çıxacağı sual altındadır. Samir vaxtilə kapitanı olduğu “Xəzər-Lənkəran”ın tarixində Zaur Ramazanovdan sonra ikinci ən çox qol vuran (53 oyuna 34 qol) futbolçudur.
0
0