“Bakı” “Qalatasaray”a da uduzdu
27.04.2010 - 12:22
“Bakı” “Qalatasaray”a da uduzdu
“Bakı” klubunun 17 yaşlılardan ibarət komandası “Qazaxıstan Respublikasının Prezidentinin Kuboku” turnirində ikinci oyununu keçirib. Apasport.az saytının xəbərinə görə, komandamızın bu dəfə rəqibi Türkiyənin “Qalatasaray” klubu olub.

Turnirin təşkilatçısı olan Qazaxıstan Futbol Federasiyasının mətbuat xidmətinin əməkdaşı Aleksandr Keplinin apasport.az saytına verdiyi məlumata görə, Astanada az öncə başa çatan görüş türklərin 3:2 hesablı qələbəsi ilə başa çatıb: “Gərgin oyun oldu. “Bakı”nın qapıçısı hələ hesab açılmayana qədər “Qalatasaray”ın futbolçusunun penalti zərbəsini dəf etdi. Bundan ruhlanan “Bakı” hesabı açdı. Ardından qol vuran “Qalatasaray” fasiləyə bərabər durumda yollandı. İkinci hissədə artıq türklər hesabda irəli çıxsa da, komandanız da hesabı bərabərləşdirə bildi. Türklər qələbə topunu yalnız son dəqiqələrdə vurdu”.

Qeyd edək ki, “Qalatasaray” ilk görüşdə Moskva təmsilçisi MOİK-ə elə 2:3 hesabı ilə uduzmuşdu. Turnirin açılış oyununda Serbiya yığmasına 0:10 hesabı ilə yenilən “Bakı” qrupda son görüşünü iki gün sonra ruslara qarşı keçirəcək.