Unibank Premyer Liqasının 5 klubu cəzalandı
27.04.2010 - 13:28
Bu gün AFFA-nın İntizam Komitəsinin (İK) iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda ötən həftə keçirilən oyunlarda baş verənlər qayda pozuntuları müzakirə olunub.
İK “Bakı”, “Turan”, “Qarabağ”, “Karvan” və “Muğan” klublarını cəzalandırıb. Unibank Premyer Liqasının XXIX turunun "Neftçi" ilə qarşılaşmasında meydandan qovulan Venio Moraes Pio 2 oyunluq cəzalanıb və “Bakı”nı 2000 manat ziyana salıb. "Standard"la görüşdə 4 futbolçusu sarı vərəqə ilə alan “Turan” isə 1000 manat ödəməli olacaq.
"Qəbələ" ilə matçının 90+1-ci dəqiqəsində azarkeşlər tərəfindən meydançaya kənar əşya atıldığı üçün meydan sahibi – “Qarabağ” 2000 manat cərimə olunub.
"Muğan" – "Karvan" matçı isə cəza baxımından daha məhsuldar olub. Yevlaxlılar 7, "Muğan" 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat ziyana düşüb. Matçın 80-ci dəqiqəsində qırmızı vərəqə alan Markos Ferreyra 1 oyunluq kənarlaşdırılıb və “Karvan”ı 200 manat xərcə salıb. Meydan sahiblərinin qırmızı vərəqə alan digər oyunçusu Elxan Cəbrayılovun cəzası daha ağır olub. O, 2 oyunluq “istirahət” qazanıbsa, komandasına 2000 manat ziyan vurub.

0
0