Elşad Nəsirov: “Karvan” klubunun I diviziona düşməsi, dünyanın axırı deyil
28.04.2010 - 11:41
“Çempionatın formatı ilə bağlı fikir söyləyə bilmərəm. Bunu peşəkar mütəxəssislər etməlidir. Biz AFFA rəhbərliyi olaraq, sistemin icrasını təmin etməliyik”. Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA-nın vitse-prezidenti Elşad Nəsirov deyib.
Unibank Premyer Liqasının formatı ilə bağlı müzakirələrin maraq doğurduğu dövrdə milli komandamızın baş məşqçisi Berti Foqts təkliflərini AFFA-nın vitse-prezidentinə çatdırdığını açıqlayıb. Təbii ki, qərarı AFFA-nın İcraiyyə Komitəsi verəcək və Nəsirovun da fikirləri maraqlıdır: “Peşəkarlar fikirləşməlidir ki, necə etsinlər. Yığmalarımızın alman məşqçiləri – Berti Foqts, Bernard Lippert, Oliver Pilzer və s mütəxəssislər var. Foqts həqiqətən də mənə sistemlə bağlı fikrini deyib. Ancaq İcraiyyə Komitəsi bu fikirləri müzakirə edib, sonda qərar çıxaracaq. Biz də istəyirik ki, bununla bağlı AFFA-ya yazılı şəkildə təkliflər verilsin. Yəni, “altılıq” bizə lazımdır, ya yox”.
Turnir cədvəlinin son pilləsində qərarlaşan “Karvan” klubunun I diviziona düşməsi böyük ölçüdə həll olunub. Ancaq vaxtilə güclü klublarımızdan olmuş, indi də yaxşı infrastruktura malik Yevlax təmsilçisinin güclülər dəstəsindən kənarda qalması sərfəli deyil. Ancaq Nəsirov bu məsələdə fərqli düşünür: “Belə bir klub Premyer Liqanı tərk edirsə, bu, dünyanın axırı deyil. Hər ölkədə güclülər dəstəsi ilə yanaşı, 1-ci, 2-ci, 3-cü liqa var. Bizdə yalnız iki liqadır. Ona görə də təcrübə yığmaq, sınaqdan keçmək lazımdır. Klub Premyer Liqada oynaya bilmirsə, bunu süni olaraq orada saxlamaq düzgün deyil. Əgər ictimaiyyətin rəyini bildirmək istəyirsinizsə, bununla bağlı sorğu aparıb, AFFA-ya təqdim edin. Bilək ki, Azərbaycan cəmiyyəti necə fikirləşir. Əlbəttə, ictimaiyyətimizin rəyi AFFA üçün qanundur”.

0
0