“AFFA-nın gördüyü işlər öz bəhrəsini verməkdədir”
28.04.2010 - 12:51
“AFFA-nın gördüyü işlər öz bəhrəsini verməkdədir”
“AFFA ilə AccessBank arasında sponsorluq və əməkdaşlıq müqavilənin imzalanması Azərbaycan futbolunun tarixində xüsusi əhəmiyyətə malik hadisədir”. Apasport.az saytının məlumatına görə, bu sözləri assosiasiyanın I vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Əliyev AFFA ilə AccessBank arasında sponsorluq və əməkdaşlıq müqavilənin imzalanması mərasimi ilə bağlı fikirlərini açıqlayıb: “Ölkəmizdə futbolun inkişafı məqsədilə AFFA-nın gördüyü işlər öz bəhrəsini verməkdədir. Sevindirici haldır ki, artıq Azərbaycanda fəaliyyət göstərən bir sıra şirkətlər futbolumuzun daha böyük müvəffəqiyyətlər qazanması istiqamətində AFFA ilə əməkdaşlıq etməyə başlayıb. AFFA ilə AccessBank arasında əməkdaşlığın futbolumuz üçün uğurlu nəticələr verəcəyinə inanıram”.