FİFA reytinq siyahısını açıqladı, yığmamız yerində qaldı
28.04.2010 - 13:08
FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması ötən ayla müqayisədə mövqeyini dəyişməyib. Hesabında 257 xal olan komandamız 110-cu pillədə qalıb. Milimiz UEFA-nın reytinqində 45-ci yerdə gedir.
Avro-2012-də rəqiblərimizdən Almaniya (6-cı yer, 1107 xal) və Qazaxıstan (129-cu yer, 180 xal) mövqeyində qalıbsa, Türkiyə (798 xal) 2 pillə irəliləyərək, 33-cü yerə yüksəlib. İki pillə irəliləyən Belçika (518 xal) 62-ci yerdədir. Avstriya yığması (509 xal) 9 pillə geriləyərək, 64-cü yerə düşüb.
Siyahıda uzun müddətdən sonra dəyişiklik olub. Braziliya yığması, nəhayət liderliyini qaytara bilib. Planetin ən titullu yığması olan beşqat dünya çempionlarının hesabında 1611 xal var. 2-ci yerə enən İspaniya 1565, Portuqaliya 1249 xala malikdir.

0
0