“Hamı “Xəzər-Lənkəran”la oyunda qələbəyə köklənib”
28.04.2010 - 13:23
“Həftəsonu bizi “Xəzər-Lənkəran”la vacib oyun gözləyir. Bütün azarkeşlərimizi komandamızı dəstəkləməyə çağırıram”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin futbolçusu Rəşad Abdullayev deyib.
Vaxtilə “Xəzər-Lənkəran”ın heyətində ən çox oyun keçirən Rəşad üçün Unibank Premyer Liqasında mayın 1-də baş tutacaq görüş prinsipial əhəmiyyət kəsb edir. Yarımmüdafiəçi klubunun rəsmi saytına açıqlamasında keçmiş komandası ilə oyuna ciddi hazırlaşdıqlarını bildirib: “Son iki turda 4 xal qazanmışıq. “Xəzər-Lənkəran”la görüşdə qələbələrimizin sayını artırmaq istəyirik. Qarşılaşmaya ciddi hazırlaşırıq. Komandada yüksək əhval-ruhiyyə var. Son turda “Bakı”ya qalib gəlməli idik, lakin heç-heçə ilə kifayətləndik. Komandamızın bütün üzvləri "Xəzər-Lənkəran"la oyunda qələbəyə köklənib".

- Türkiyə millisi 3 futbolçunu heyətdən kənarlaşdırıb - MƏRC QALMAQALINA GÖRƏ
- “Qalatasaray” və “Beşiktaş”dan mərc araşdırması ilə bağlı açıqlama
- Eren Elmalı mərc oynadığını etiraf edib: “Beş il əvvəl…”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
0
0