Asif Məmmədov: Sxadadze mənə dedi ki...
28.04.2010 - 13:42
“Oyuna ciddi hazırlaşmışdıq. “Bakı” ilə çempionat qarşılaşmalarında bir neçə dəfə üz-üzə gəlmişik. Çətin rəqib olduğunu bilirdik. Amma kubok oyunlarında atmosfer başqa cür olur”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının "İnter" klubunun yarımmüdafiəçisi Asif Məmmədov deyib.
"İnter" Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk görüşündə Məmmədovun vurduğu qol sayəsində "Bakı"nı məğlub edib. Futbolçu gözəl qola görə, baş məşqçi Kaxaber Sxadadzenin ona təşəkkür etdiyini bildirib: "Matçdan sonra Sxadadze bizi təbrik etdi. Dedi ki, halaldır sənə. Onun etimadını növbəti oyunlarda da doğrultmağa çalışacağam".
Məmmədov finala vəsiqə qazanmaq şanslarını da dəyərləndirib: "Fikrimcə, ilk oyun yaxşı alındı. Səfərdə qol vurmaq bizim üstünlüyümüz sayıla bilər. Amma "Bakı"nın silahı yerə qoyacağını düşünmürəm. Odur ki, cavab matçına da məsuliyyətlə yanaşmalı və qələbə qazanmalıyıq".

- Türkiyə millisi 3 futbolçunu heyətdən kənarlaşdırıb - MƏRC QALMAQALINA GÖRƏ
- “Qalatasaray” və “Beşiktaş”dan mərc araşdırması ilə bağlı açıqlama
- Eren Elmalı mərc oynadığını etiraf edib: “Beş il əvvəl…”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
0
0