Unibank Premyer Liqasının formatına sabah aydınlıq gələcək
28.04.2010 - 13:54
AFFA-nın İcraiyyə Komitəsinin (İK) təxirə salınan iclasının keçiriləcəyi vaxt müəyyənləşib. Apasport.az-ın assosiasiyanın rəsmi internet saytına istinadən məlumatına görə, qurumun toplantısı sabah saat 10:30-da başlayacaq. AFFA-nın inzibati binasında təşkil olunacaq yığıncağın gündəliyi isə dəyişməz qalıb. Belə ki, Premyer Liqanın yeni formatının müzakirəsindən sonra İK üzvləri lisenziyalaşdırma prosesi ilə tanış olub, digər məsələlərə də baxacaq.
Qeyd edək ki, İK-nın iclası ilkin olaraq dünənə planlaşdırılmışdı. Tədbir “Park İnn” otelində Access Bankla əməkdaşlıq və sponsorluq haqda müqavilənin imzalanma mərasimindən əvvəl keçirilməli idi.
Qeyd edək ki, İK-nın iclası ilkin olaraq dünənə planlaşdırılmışdı. Tədbir “Park İnn” otelində Access Bankla əməkdaşlıq və sponsorluq haqda müqavilənin imzalanma mərasimindən əvvəl keçirilməli idi.
- Türkiyə millisi 3 futbolçunu heyətdən kənarlaşdırıb - MƏRC QALMAQALINA GÖRƏ
- “Qalatasaray” və “Beşiktaş”dan mərc araşdırması ilə bağlı açıqlama
- Eren Elmalı mərc oynadığını etiraf edib: “Beş il əvvəl…”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
0
0