Kənan Kərimov: Futbolda ən çətin penaltini dəqiq vurmaqdır
28.04.2010 - 14:10
"Əvvəllər qolların çoxunu oyun epizodundan vururdum. Çünki başqa klublarda sırf hücumçu kimi çıxış edirdim. İndi hücumçuların arxasında mübarizə aparır, daha çox komanda yoldaşlarımın fərqlənməsinə şərait yaradıram”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun kapitanı Kənan Kərimov deyib.
34 yaşlı hücumçu son vaxtlar əsasən penaltidən qol vurmasını 11 metrlik zərbələrin ona tapşırılması ilə izah edir: “Özümü bu mövqedə heç də narahat hiss etmirəm. Ola bilsin ki, bu iş kənardan başqasına rahat görünsün. Zənnimcə, futbolda ən çətin iş penaltini dəqiq vurmaqdır. Zərbəni dəqiq yerinə yetirməyəndə, insanların beyinlərinə cürbəcür fikirlər gəlir. Deyirlər ki, bilə-bilə vurmadı. Şükür Allaha, işimin öhdəsindən gəlirəm. Penalti olanda, topu başqasına verib geri çəkilməyəcəyəm ki?"
"Qəbələ" yaxşı heyətə malik olduğunu bildirən Kərimovun sözlərinə görə, gələn mövsüm mükafatçılar sırasına düşməyə çalışacaqlar: "Mövsümün əvvəlində ilk "altılığ"a düşmək üçün mübarizə aparırdıq və bunun öhdəsindən gəlmişik. Hamı elə düşünür ki, "Qəbələ" altılığa təsadüfən düşüb. Bizi səfərdə, evdə udacaqlarını fikirləşirdilər. Amma biz oyunumuzla sübut etdik ki, "altılıq"da mübarizə aparmağa layiqik. Əgər ilk "altılıq"da xallar sıfırdan hesablansaydı, biz 100 faiz avrokuboklara gedəcəkdik. İndiki vəziyyətdə bu bir az real görünmür. İnşallah, bu arzumuzu gələn il həyata keçirmək üçün çalışacağıq. Uzun müddətli fasilədən sonra yenə avrokuboklarda oynamaq həvəsindəyəm".
Qeyd edək ki, Kənan Kərimov ölkənin ən güclü hücumçularından sayılır. O, 100 qol həddini bu yaxınlarda aşıb.

0
0