“İnter” 38 ildən sonra Çempionlar Liqasının finalında!
29.04.2010 - 00:39
“İnter” 38 ildən sonra Çempionlar Liqasının finalında!
Çempionlar Liqasının ikinci finalçısı da müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, mayın 22-də Madrid şəhərindəki möhtəşəm “Santyaqo Bernabeu” stadionunda keçiriləcək həlledici matçda “Bavariya”nın (Almaniya) rəqibi “İnter” (İtaliya) klubu olacaq.

İtaliya təmsilçisi yarımfinalın cavab görüşündə “Barselona”nın qonağı olub. 28-ci dəqiqədə Tyaqo Mottanın meydandan qovulmasından sonra azlıqda qalmasına baxmayaraq, “İnter” uzun müddət qapısının toxunulmazlığını təmin edib. Amma matçın sonlarında ispanlar Herard Pikenin sayəsində hesabı açsalar da, bu qol “Barselona”nın mərhələ keçməsinə yetərli olmayıb.

Belə ki, ilk oyunda katalonlar üzərində 3:1 hesablı qələbə qazandığı üçün Joze Maurinyonun komandası 38 ildən sonra qitənin ən nüfuzlu klub turnirinin finalına çıxıb.

Çempionlar Liqası
Yarımfinal, cavab oyunları


“Barselona” (İspaniya) – “İnter” (İtaliya) - 1:0
QOL: Pike, 83
QIRMIZI VƏRƏQƏ: Tyaqo Motta, 28
Baş hakim: Frank de Blekere (Belçika)
Barselona. “Nou Kamp” stadionu
İlk oyun – 1:3

“Lion” (Fransa) - “Bavariya” (Almaniya) - 0:3
QOLLAR: İvitsa Oliç, 26; 67; 78
QIRMIZI VƏRƏQƏ: Kris, 60
Baş hakim: Massimo Buzakka (İsveçrə)
Lion. “Stad de Jerlan” stadionu
İlk oyun – 0:1