“İnter”in baş məşqçisi təcavüzə məruz qaldı
28.04.2010 - 15:16
İtaliyanın “İnter” klubunun baş məşqçisi Joze Maurinyo təcavüzə məruz qalıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının yarımfinal mərhələsinin bu gün keçiriləcək cavab oyunu ərəfəsində portuqaliyalı mütəxəssis xoşagəlməz hadisə ilə üzləşib.
Belə ki, italiyalıların ilk matçda 3:1 hesabı ilə məğlub etdiyi “Barselona”nın azarkeşləri Maurinyoya qarşı qonaqpərvərlik göstərməyib. UEFA-nın təşkil etdiyi oyun qabağı mətbuat konfransından sonra qurumun təqdim etdiyi avtomobilə əyləşən Maurinyo kataloniyalı azarkeşlərin təzyiqi ilə üzləşib. Maşına çatan fanatlar ona süsə qablar, siqaret qutuları atmağa başlayıblar. Maşını təpikləyən, pəncərələrini döyəcləyən ispaniyalılar avtomobili silkələməyə başlayıb. Avtomobilin aşırılmasına isə özünü hadisə yerinə çatdıran polislər imkan verməyib.
Qeyd edək ki, azarkeşlər hələ hava limanında “İnter”in futbolçularına hücum çəkmişdilər.

- Türkiyə millisi 3 futbolçunu heyətdən kənarlaşdırıb - MƏRC QALMAQALINA GÖRƏ
- “Qalatasaray” və “Beşiktaş”dan mərc araşdırması ilə bağlı açıqlama
- Eren Elmalı mərc oynadığını etiraf edib: “Beş il əvvəl…”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
0
0