“Olimpik-Şüvəlan” Lənkərana itkilərlə yollanacaq
28.04.2010 - 15:39
“Olimpik-Şüvəlan” klubunun iki aparıcı futbolçusu “Xəzər-Lənkəran”la Azərbaycan kuboku uğrunda cavab görüşündə iştirak etməyəcək. Apasport.az saytının məlumatına görə, kapitan Aqil Nəbiyevlə moldovalı Sergey Laşenkov mayın 5-də Lənkəranda meydana çıxmayacaq.
Buna səbəb hər iki müdafiəçinin ilk kubok oyununda sarı vərəqə alaraq, cəzalı duruma düşməsidir. Bununla da “Olimpik-Şüvəlan” “Xəzər-Lənkəan”la cavab oyununa ciddi itkilərlə çıxmalı və yenə əvəzedici heyətdən futbolçu götürməli olacaq. Belə ki, “Şəfa” stadionunda 1:1 hesablı nəticələnən oyunu legionerlər - Draqan Mandiçlə İsmael Fransisko vərəqə limitini aşdığına görə buraxmalı oldu. Onların cəza müddəti bitdiyi üçün cavab oyununda komandalarına kömək edə biləcək.

- Türkiyə millisi 3 futbolçunu heyətdən kənarlaşdırıb - MƏRC QALMAQALINA GÖRƏ
- “Qalatasaray” və “Beşiktaş”dan mərc araşdırması ilə bağlı açıqlama
- Eren Elmalı mərc oynadığını etiraf edib: “Beş il əvvəl…”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
0
0