“Ankaragücü”nün prezidenti: Əziz Yıldırım Bizans qaydalarından əl çəkmir
28.04.2010 - 16:54
“Fənərbaxça”nın prezidenti Əziz Yıldırım və vitse-prezidenti Ali Koç son günlər mətbuatda bizim haqqımızda xoşagəlməz ifadələr səsləndirirlər. Bu kinin haradan qaynaqlandığını deyə bilmərəm. Yıldırım özünü Konstantinapolda zənn edir. Hələ də Bizans qaydalarından əl çəkmir. Ona xatırlatmaq istəyirəm ki, İstanbul çoxdan fəth edilib. “Fənər”in prezidenti özünü hegemon kimi görür. Bu heç də belə deyil”. Apasport.az saytının xəbərinə görə, bu sözləri Türkiyənin “Ankaragücü” klubunun prezidenti Ayhan Atalay deyib.
Maraqlı açıqlamaları ilə diqqət çəkən klub prezidenti “Fənərbaxça”nı büdrədərək, “Bursaspor”u çempion edəcəklərini bildirib: “Bursaspor”un rəhbərliyi ilə gözəl münasibətlərimiz var. Onların çempion olmalarını istəyirik. Amma bu, o demək deyil ki, biz bursalılar üçün oynayırıq. Çoxları “Fənər”lə bizim aramızda keçiriləcək matçın çempionluğu müəyyənləşdirəcəyini sanır. Biz centlmen şəkildə çıxıb öz oyunumuzu oynayıb rəqibi məğlub edəcəyik”.

- Türkiyə millisi 3 futbolçunu heyətdən kənarlaşdırıb - MƏRC QALMAQALINA GÖRƏ
- “Qalatasaray” və “Beşiktaş”dan mərc araşdırması ilə bağlı açıqlama
- Eren Elmalı mərc oynadığını etiraf edib: “Beş il əvvəl…”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
0
0