Devran Ayhan: “İnter”i məğlub etsəydik, “Neftçi” ilə oyuna rahat çıxardıq
28.04.2010 - 23:01
“Birinci hissə tamamilə bizim üstünlüyümüz şəraitində keçdi. Bunun nəticəsində fasiləyə hesabda irəli yollandıq. Düzdür, rəqibin də qol vurmaq üçün imkanları oldu. Fasilədən sonra bir qədər rahat oynamağa və çox güc sərf etməməyə başladıq. Nəticədə görüş heç-heçə başa çatdı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran”ın futbolçusu Devran Ayhan deyib.
Komandasının ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Olimpik-Şüvəlan”la keçirilən oyununa münasibət bildirən türkiyəli futbolçu hər oyuna fərqli taktika ilə mübarizə apardıqlarını bildirib: “Hər oyuna fərqli taktika ilə çıxırıq. Kubok oyunları ev və səfər qarşılaşmalarından ibarətdir. Səfər görüşündə bir qədər ehtiyatlı davrandıq. Baş məşqçi qol buraxmamağı və rəqibi cəzalandırmağı tapşırmışdı. Təəssüf ki, rəqib standart vəziyyətdən qapımıza yol tapdı”.
“Neftçi” ilə mayın 1-də keçiriləcək oyuna da toxunan 32 yaşlı yarımmüdafiəçi meydana qələbə qazanmaq üçün çıxacaqlarını bildirib: “Əgər doğma meydanda “İnter”i məğlub etsəydik, oyuna rahat çıxa bilərdik. Həm də birinci “altılıq”da zəif komanda yoxdur. “Neftçi”də onlardan biridir. Güclü klub olduğunu bilirik. Bu oyunda mütləq qələbə qazanmaq üçün “vuruşacağıq”. Son iki oyuna rahat çıxmaq üçün “Neftçi” ilə oyunda mütləq 3 xal qazanmalıyıq. Bunun üçün əlimizdən gələni etməliyik”.
Devran “Xəzər-Lənkəran”ın çempionluq şansını da qiymətləndirərək, digər komandalarla müqayisədə bir addım öndə olduqlarını deyib: “Digər komandalarla müqayisədə, bizim şansımızın çox olduğunu düşünürəm. Əsas rəqiblərimiz “İnter” və “Bakı”dır. Məncə, qarşıdakı 3 oyunda 7 xal toplayan komanda çempion olacaq. Qeyri-sabit oyun və nəticə digər komandalarda da müşahidə edilir. Fikir verin, birinci “altılıq”da ardıcıl 2-3 qələbə qazanan komanda yoxdur. Ya heç-heçə, ya məğlubiyyət, ya da qələbə qeydə alınır”.

0
0